"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fariz Xəlilli: “Bələdiyyənin məktublarına cavab verməyənlər özlərini mütləq hakim kimi aparırlar”

--2022-06-02 / 17:26

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli özünün sosial media profilində ciddi məqamlarla dolu ünvanlı müraciət yayımlayıb

Müraciəti olduğu kmi paylaşırıq:

“Aşağıda gördüyünüz Gəgəli kəndinin yüzillərlə icma torpağı olan qışlağımızdır. 1000 hektardan çox kənd sakinlərinin pay torpaqları, 1000 hektara qədər bələdiyyənin ehtiyat fondu torpağı Süsən Aqro MMC tərəfindən alınıb, əkilir. Bərəkətli olsun! Problem odur ki, qanunvericilik heçə sayılaraq işlər görülür. Birincisi, pay torpaqlarındakı yollar və arxları - servitutları şumlamaq qəti qadağandır. 60 hektardan çox bələdiyyə mülkiyyətinə aid olan yollar və arxlar xəritədən də göründüyü və bizim torpaq müfəttişi ilə birlikdə yerində təsbit etdiyimiz kimi şumlanmışdır.

Bələdiyyənin məktublarına cavab verməyənlər özlərini mütləq hakim kimi aparırlar. Bizi təhqir edir, qapılarından içəri buraxmır, üstümüzə qışqırırlar. Dövlət qurumları isə bu MMC qarşısında niyə susurlar, mənə anlaşılmazdır.

ikincisi, Bələdiyyənin Ehtiyat Fondu torpağı olan örüş təyinatlı torpaqlar əkinə çevrilib. Nazirlər Kabinetinin heç bir qərarı olmadan bu torpaqların təyinatının dəyişdirilməsi mənə müəmmalı qalmışdır. Üç ildir ki, keçmiş bələdiyyə sədri, bügünkü Ağsu rayon DAiM rəhbəri ilqar Hüseynovun ziddiyyətli izahatlarını dinləməkdən və iqtisadiyyat Nazirliyinə ünvanladığım məktublara baş-ayaq cavab almaqdan bezmişəm. Bələdiyyənin Dövlət Aktını və Elektron Uçot xəritəsini dəfələrlə tələb etsəm də onu bizə verən yoxdur, bizi dolayıblar.

Birmənalı şəkildə bildirirəm ki, əksər məmurlar və sahibkarlar özlərini QANUNdan üstün tuturlar və Cənab Prezidentin islahatlarına iri bir kölgə salırlar. Mən Gəgəli bələdiyyəsinin sədri kimi Süsən Aqro MMC-ni, DAiM rəhbəri ilqar Hüseynovu və digər iri sahibkarları QANUN cizgisinə dönməyə, iqtisadiyyat Nazirliyi, ədliyyə Nazirliyi, Nazirlər Kabineti və Milli Məclisi işbazların qanunsuz əməllərinin qarşısını almağa çağırıram.”

Fariz Xəlilli

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri,

tarix üzrə fəlsəfə doktoru

ŞƏRHLƏR